ABŞ və İsrail İranla bağlı bəyannamə imzalayacaq

   ABŞ və İsrail İranla bağlı bəyannamə imzalayacaq
  14 İyul 2022    Oxunub:312
ABŞ prezidenti Co Bayden və İsrailin baş naziri Yair Lapid iki ölkənin təhlükəsizlik əlaqələrini genişləndirmək və İranın regionda sabitliyi pozmaq səylərinə qarşı çıxmaq məqsədi daşıyan yeni birgə bəyannamə imzalayacaqlar.
AzVision.az xəbər verir ki, bu barədə “CNN” Bayden administrasiyasının yüksək vəzifəli rəsmilərinə istinadən məlumat yayıb. Yeni bəyannamədə İranın nüvə silahı əldə etməsinin qarşısının alınması məqsədinin yer alacağı gözlənilir. Sənəddə həmçinin iki ölkənin ümumi maraqlarının, o cümlədən ərzaq təhlükəsizliyinin, eləcə də Ukraynanın suverenliyinə dəstəyin göstəriləcəyi gözlənilir.

Bayden administrasiyası hesab edir ki, Lapidlə görüşdə ABŞ lideri təhlükəsizlik sahəsində İsrailə dəstəyi bir daha bəyan edəcək və İsrail-Fələstin münaqişəsinin iki dövlət əsasında həlli istiqamətində işi müzakirə edəcək.

İlkin Nəcəfzadə
AzVision.az

Teqlər: ABŞ  







Xəbər lenti