"Rusiya Ermənistanla Türkiyə arasında normallaşma prosesini dəstəkləyir" - Zaxarova

   "Rusiya Ermənistanla Türkiyə arasında normallaşma prosesini dəstəkləyir" -    Zaxarova
  14 İyul 2022    Oxunub:1153
Rusiya Ermənistan və Türkiyə arasında yanvarın 14-də Moskvada başlanmış münasibətlərin normallaşması prosesini daim dəstəkləyir.
AzVision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə deyib.

Zaxarova xatırladıb ki, Rusiya təkcə 2022-ci ildə İrəvanla Ankara arasında münasibətlərin normallaşmasına töhfə verməyib. "Xatırladaq ki, iyulun 11-də Ermənistanın baş naziri Nikol Paşinyanla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Paşinyan və Ərdoğan iyulun 1-də Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin əldə etdiyi razılaşmaların yaxın gələcəkdə həyata keçiriləcəyinə ümid etdiklərini bildiriblər".

Qeyd edək ki, iyulun 1-də Vyanada Ermənistan və Türkiyənin xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıçın dördüncü görüşü baş tutub. Tərəflər üçüncü ölkə vətəndaşlarına Ermənistan-Türkiyə quru sərhədini mümkün qədər tez keçmək imkanını təmin etmək barədə razılığa gəliblər. Tərəflər həmçinin Ermənistanla Türkiyə arasında hava yükdaşımalarının ən qısa zamanda qurulması barədə razılığa gəliblər.

AzVision.az



Teqlər:





Xəbər lenti