Vyana və Budapeşt Rusiya qazından imtina edə bilmir

   Vyana və Budapeşt Rusiya qazından imtina edə bilmir
  14 İyul 2022    Oxunub:768
Vyana və Budapeşt indi Rusiyadan qaz tədarükünə qarşı sanksiyalar mövzusunu müzakirə etməyə hazır deyil.
Bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto avstriyalı həmkarı Aleksandr Şallenberqlə keçirdiyi mətbuat konfransında bildirib ki, bununla bağlı qərar qəbul ediləndə milli maraqları nəzərə almalıdır.

“Rusiya qazından asılılıq baxımından biz eyni gəmidəyik. Dünən Aleksandr Budapeştdə düzgün qeyd etdi ki, bu, bizim istəyimiz deyil, bu, infrastruktur və coğrafiya ilə müəyyən edilən faktdır. Biz açıq şəkildə bildirdik ki, biz “Qazprom” və ya “Qazprombank”ın da yer aldığı sanksiya siyahısına dəstək verməyəcəyik”, - Siyarto vurğulayıb.


AzVision.az



Teqlər:





Xəbər lenti