Boris Consonu kim əvəz edəcək?

   Boris Consonu kim əvəz edəcək?
  14 İyul 2022    Oxunub:888
Böyük Britaniyanın baş nazir postuna və yeni partiya liderliyə namizədin seçilməsi üçün iyulun 12-də başlayan proses davam edir.

Mühafizəkarlar Partiyası daxilində keçirilən səsvermədə 30 səs barajını keçə bilməyən Galler və İngiltərə Baş prokuroru Suella Bravermanın seçkilərdən geri çəkilməsindən sonra namizəd sayı 5-ə düşüb.
Bunlar səsvermə barajını keçən Qrem Bredi, keçmiş maliyyə naziri Rişii Sunak, ticarət naziri Penny Mordaunt, xarici işlər naziri Liz Trass, keçmiş mənzil və icmalar bərabərlik naziri Kemi Badenokhad və millət vəkili Tomd Tudtdir.

Dünən və bu gün keçirilən seçkilərdə Sunak birinci olduğu üçün partiya rəhbərliyinə və baş nazirliyə ən yaxın namizəd olaraq görülür. Dünən keçirilən səsvermədə Sunak 88 səs toplayıb.

Nəticələr açıqlandıqdan sonra açıqlama verən Sunak həmkarları və ictimaiyyətin dəstəyinə görə minnətdarlıq edib: "Biz birlikdə etibarı bərpa edə, iqtisadiyyatımızı yenidən qura və ölkəni yenidən birləşdirə bilərik" deyə əlavə edib.

Qeyd edək ki, Britaniya hökumətindən 59 nazir və deputatın istefa verdiyi siyasi böhranda Sunak ilk qərarını ötən həftə verib. İyulun 5-də keçmiş səhiyyə naziri Sacid Cavidlə eyni vaxtda istefa verdiyini açıqlayan Sunak Consona etimadını itirdiyini deyib.



AzVision.az



Teqlər:





Xəbər lenti