Qapı arxasında qalan uşaqlar xilas edildi

Qapı arxasında qalan uşaqlar xilas edildi
  14 İyul 2022    Oxunub:379
Bakı şəhərinin Sabunçu rayonunda 2 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az -a verilən məlumata görə, çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən giriş qapısının açılması və nəzarətsiz qalmış uşaqların xilas olunması təmin edilib.

AzVision.az

Teqlər:







Xəbər lenti