Yol qəzasında yaralanan polis mayoru öldü

   Yol qəzasında yaralanan polis mayoru öldü
  15 İyul 2022    Oxunub:1159
Bir müddət öncə Göygöl rayon ərazisində avtomobil qəzası zamanı ağır xəsarət alan polis əməkdaşı müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
İyun ayında Göygöl rayon Hacıməlik kəndində idarə etdiyi avtomobilin aşması nəticəsində xəsarət alan, Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi, polis mayoru 1978-ci il təvəllüdlü Qubad Qasımov müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər: Polis  





Xəbər lenti