İcra başçısının müavini və direktor məktəbli qızı döyüb? - İDDİA

   İcra başçısının müavini və direktor məktəbli qızı döyüb? -    İDDİA
  15 İyul 2022    Oxunub:1167
Lənkəranda məktəbli qızın vəzifəli şəxslər tərəfindən döyülməsi ilə bağlı iddialar yayılıb.

AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb. Onun sözlərinə görə, Lənkəran Rayon İcra Hakimiyyəti başçısının müavini Rəsilə Əliyeva və Lənkəran rayon 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova məktəbli qıza attestat vermək adı ilə evə çağırıb və ona fiziki zorakılıq tətbiq ediblər.
Məktəblinin şəkillərini göndərən şəxs iddia edib ki, bacısı qızını bu hala salan məktəb direktoru və başçı müavinidir: “Buna səbəb Rəsilə Əliyevanın qızının telefonundan istədiyi oğlana mesaj yazması olub. Deyilənə görə, öz qızını da döyüb, amma belə yox. Şiddət göstərməklə nə əldə edəcəyinizi bəri başdan deyim. Fakt təsdiqini taparsa, əlvida kreslo”.

Lənkəran Astara regional təhsil idarəsinin rəhbəri Elxan Nəcəfov bildirib ki, artıq məktəb rəhbərliyi ilə görüşülüb. Məktəbin direktoru Yeganə Əsgərovanın məktəbli qızı döyməsi barədə yayılan məlumat araşdırılır.

"Araşdırmanın nəticəsinə uyğun olaraq qanunamüvafiq tədbirlər görüləcək. Yeni məlumat olarsa, ictimaiyyətə əlavə informasiya veriləcək".

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev bildirib ki, məsələ ilə bağlı Lənkəran ŞRPŞ-yə daxil olmuş müraciət əsasında araşdırma aparılır. Müvafiq ekspertiza təyin edilib. Ekspertizanın və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.





AzVision.az


Teqlər:





Xəbər lenti