"Bir ixtisası ömürlük seçmək artıq mümkün deyil" - Məleykə Abbaszadə

 "Bir ixtisası ömürlük seçmək artıq mümkün deyil" -  Məleykə Abbaszadə
  15 İyul 2022    Oxunub:1185
"Mühasib işi 5 ildən sonra lazım olmaya bilər. Bu gün mühasibatlıq sahəsində icra olunan proqramlar onu əvəz edir".
AzVision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Yüksəliş" müsabiqəsinin final mərhələsində “Müasir çağırışlar və insan kapitalının formalaşması” mövzusunda çıxışı zamanı deyib.

O qeyd edib ki, bir ixtisası ömürlük seçmək artıq mümkün deyil:

"Bundan sonra hər hansı alətlərlə işləməyi bacaran maliyyəçilər lazım olacaq. İxtisas seçimi deyil, fəaliyyət istiqaməti əsas amildir".

AzVision.az


Teqlər:





Xəbər lenti