Mingəçevir Rəsm Qalereyasının direktor müavininə cinayət işi açıldı

   Mingəçevir Rəsm Qalereyasının direktor müavininə    cinayət işi açıldı
  15 İyul 2022    Oxunub:1267
Mingəçevir Rəsm Qalereyasının direktor müavini Fatma Ələkbərovanın işə düzəltmək adı altında vətəndaşın pulunu ələ keçirməsi ilə bağlı daxil olmuş müraciət üzrə şəhər prokurorluğunda araşdırma aparılıb.
Bu barədə AzVision.az -a Mingəçevir Şəhər Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, araşdırmalarla Fatma Ələkbərovanın tanışının Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına köçürülmə qaydasında işə qəbul olunacağı barədə yalan vədlər verməklə ondan 7 min manat pul vəsaitini alaraq ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə istintaq davam edir.

AzVision.az


Teqlər:





Xəbər lenti