ABŞ Maliyyə Nazirliyi: “Ərzaq böhranından çıxmaq koordinasiya tələb edir”

      ABŞ Maliyyə Nazirliyi:    “Ərzaq böhranından çıxmaq koordinasiya tələb edir”
  15 İyul 2022    Oxunub:305
Qlobal ərzaq böhranının həlli yeni qurumların yaradılmasından çox, mövcud strukturlar arasında daha sıx koordinasiya tələb edir.
Bu fikri İndoneziyada keçirilən G20-nin maliyyə nazirlərinin görüşündə ABŞ-ın maliyyə naziri Canet Yellen bildirib. “Bizə yeni institutlar lazım deyil. Bizə güclü koordinasiya, bilik mübadiləsi, araşdırma, maliyyələşdirmə və fəaliyyət lazımdır. Hərəkətlərimizin sürəti və qərarlarımızın müdrikliyi indi mövcud böhranı nəzarət altına ala biləcəyimizi müəyyənləşdirir”, - o əlavə edib.

Onun fikrincə, G20 ölkələri mövcud ərzaq təhlükəsizliyi arxitekturasından istifadə etməli və beynəlxalq inkişaf banklarını mövcud problemlərə, təkcə ərzaq təhlükəsizliyinin qısamüddətli böhranına deyil, həm də onun olmamasının uzunmüddətli səbəblərinə operativ reaksiya verməyə çağırmalıdır.

Yellen öz çıxışında ərzaq böhranının səbəblərindən birinin Rusiyanın hərəkətləri olduğu fikrini bir daha təkrarlayıb.

AzVision.az

Teqlər: ABŞ  







Xəbər lenti