“Albayrak” Qarabağda investisiya qoymaqda maraqlıdır

   “Albayrak” Qarabağda investisiya qoymaqda maraqlıdır
  15 İyul 2022    Oxunub:450
Türkiyənin “Albayrak” şirkətlər qrupu Azərbaycanın azad edilmiş ərazilərində investisiya qoymaqda maraqlıdır.
AzVision.az -ın məlumatına görə, şirkətlər qrupunun rəhbəri Ahmet Albayrak Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə əməkdaşlıq müqaviləsinin imzalanması mərasimində deyib.

Onun sözlərinə görə, "Albayrak Holding" Azərbaycandakı, o cümlədən azad edilmiş ərazilərdə layihələrə investisiyaların artırılmasında maraqlıdır.
"Biz Qarabağın bərpasının sürətlənməsində maraqlıyıq", - deyə o bildirib.

AzVision.az

Teqlər:







Xəbər lenti