Avropa Komissiyasının rəhbəri Bakıya gəlir

   Avropa Komissiyasının rəhbəri Bakıya gəlir
  15 İyul 2022    Oxunub:390
Avropa Komissiyasının (AK) Prezidenti Ursula fon der Lyayen və Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı xanım Kadri Simson iyulun 18-i Azərbaycana səfər edəcək. Bu barədə AzVision.az -a Avropa Komissiyasından bildirilib.
Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycanın energetika naziri Pərviz Şahbazov və SOCAR Prezidenti vəzifəsini icra edən Rövşən Nəcəflə görüşlər panlaşdırılıb.

“Növbəti həftə baş tutacaq səfər zamanı Avropa İttifaqı və Azərbaycan Aİ-yə, xüsusilə də Cənub-Şərqi Avropaya təbii qaz tədarükünün şaxələndirilməsində Cənub Qaz Dəhlizinin rolunu yüksəltmək məqsədilə enerji sahəsində strateji tərəfdaşlığı möhkəmləndirməyə çalışacaq" - məlumatda deyilir.

AzVision.az

Teqlər:







Xəbər lenti