İtaliyada növbədənkənar parlament seçkiləri keçirilə bilər

   İtaliyada    növbədənkənar parlament seçkiləri keçirilə bilər
  15 İyul 2022    Oxunub:261
İtaliyanın xarici işlər naziri Luici Di Mayo hesab edir ki, Mario Draqinin rəhbərlik etdiyi hökumət və onu dəstəkləyən koalisiya qorunmalıdır, baxmayaraq ki, indi bu, çox çətindir. Onun fikrincə, növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimalı yüksəkdir:
“Draqi hökuməti və onu dəstəkləyən koalisiya irəliləməlidir, lakin hazırda bu çox çətindir. Çərşənbə günü İtaliya, partiyalar üçün problem olmayan növbədənkənar seçkilər perspektivi ilə üzləşərək hökumətsiz qala bilər. Lakin bu, ölkə üçün böyük problem yaradır, çünki iqtisadi dirçəliş və bərpa planını tamamlamamaq, enerji qiymətlərini aşağı salmaq üçün ikinci 15 milyard avroluq dəstək paketini qəbul etməmək, Avropada qaz qiymətlərinin məhdudlaşdırılmasına davam etməmək deməkdir”.

Qeyd edək ki, İtaliyanın Baş naziri Mario Draqi tutduğu vəzifədən istefa verdiyini açıqlayıb. Ancaq İtaliya Respublikasının Prezidenti Sercio Mattarella Baş nazir Mario Draqinin istefasını qəbul etməyib.

İlkin Nəcəfzadə
AzVision.az

Teqlər:







Xəbər lenti