"Bayramovla Mirzoyan arasında dialoqun uğurlu olacağına ümid edirəm" - Qaribaşvili

   "Bayramovla Mirzoyan arasında dialoqun uğurlu olacağına ümid edirəm" -    Qaribaşvili
  16 İyul 2022    Oxunub:1260
Ermənistan və Azərbaycan xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovun Tbilisidə keçirilən görüşünün uğurlu olacağına ümid edirəm
AzVision.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili deyib. O bildirib ki, Mirzoyan və Bayramov ilk ikitərəfli görüşünü Tbilisidə keçirəcəklər.

Bundan əvvəl tərəflər Düşənbədə Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri ilə üçtərəfli görüşlər çərçivəsində danışıqlar aparıblar.

"Tbilisidə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünün keçirilməsini alqışlayıram. Görüşün uğurlu olacağına və dialoqun müsbət dinamikasına töhfə verəcəyinə ümid edirəm".

Hökumət başçısı artıq hər iki ölkənin xarici işlər nazirləri ilə ayrı-ayrılıqda görüşüb.
Ötən ilin dekabrında Gürcüstanın baş naziri İrakli Qaribaşvili “Sülh qonşuluq təşəbbüsü”nə başlayıb. Baş nazir qonşulara Ermənistan, Azərbaycan və Gürcüstanın iştirak edəcəyi qeyri-rəsmi dialoq üçün regional platformanın yaradılmasını təklif edib.

AzVision.az



Teqlər:





Xəbər lenti