"Həcc ziyarətinə gedən zəvvarların bəzisi soyuqlayıb" - QMİ

   "Həcc ziyarətinə gedən zəvvarların bəzisi soyuqlayıb" -    QMİ
  16 İyul 2022    Oxunub:1064
Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu Bakıya iyulun 19-da, digər qrup isə iyulun 20-də qayıdacaq.
Bunu AzVision.az -a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri bildirib. O bildirib ki, bəzi zəvvarların səhhətlərində narahatlıq yaranıb:
"Onlarda soyuqdəymə müşahidə edilir ki, bu da təbiidir.

Xatırladaq ki, builki Həcc ziyarətinə Azərbaycan zəvvarları üçün 680 nəfərlik kvota ayrılıb. Ziyarətin qiyməti 9 106 manat müəyyən olunub. Həcc ziyarətinə gedənlər Səudiyyə Ərəbistanı Krallığına daxil olmazdan 72 saat əvvəl PCR test verilməlidir.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti