"An-12" təyyarəsinin qəzaya uğradığı yerdə cəsədlər tapılıb

 "An-12" təyyarəsinin qəzaya uğradığı yerdə cəsədlər tapılıb
  17 İyul 2022    Oxunub:1010
Yanğınsöndürənlər və hərbçilər şənbə günü Yunanıstanın Kavala şəhəri yaxınlığında qəzaya uğrayan Ukraynaya məxsus "An-12" təyyarəsinin qalıqları altından üç nəfərin cəsədini çıxarıblar.
AzVision.az xəbər verir ki, bu barədə "Skai" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, "qaru qutu"nun tapılması da ehtimal edilir:

"Sursatların zərərsizləşdirilməsi bölməsinin rəhbərinin sözlərinə görə, şənbə günü qəzaya uğrayan Ukraynanın "An-12" təyyarəsinin səkkiz ekipaj üzvündən yeddisinin cəsədi tapılıb. İndiyədək 3 meyit çıxarılıb. Təyyarənin "qara qutusu" ola biləcək əşya da tapılıb".

AzVision.az



Teqlər:





Xəbər lenti