Sərxoş sürücü 4 qadını vurub öldürdü

   Sərxoş sürücü    4 qadını vurub öldürdü
  18 İyul 2022    Oxunub:333
Başqırdıstanda sərxoş sürücü yolda gedən dörd qadını vurub.
AzVision.az Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, qəza iyulun 18-də səhər tezdən Bakal kəndinin 1-ci kilometrliyində baş verib. Belə ki, 23 yaşlı yerli sakin “Audi A5” markalı avtomobili idarə edərkən, yolun hərəkət hissəsində gedən 4 qadını vurub.

Piyadalar həkimlər gələnə qədər dünyasını dəyişib. Sürücünün sərxoş vəziyyətdə olduğu müəyyən edilib.

AzVision.az

Teqlər:







Xəbər lenti