Qeyri-çimərlik ərazilərdə 5 nəfər batıb

   Qeyri-çimərlik ərazilərdə 5 nəfər batıb
  18 İyul 2022    Oxunub:836
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Nazirlikdən AzVision.az -a verilən xəbərə görə, "112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 91 yanğına çıxış və 12 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 17 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 8 nəfər xilas edilib.

Həmçinin, Nərimanov rayonunda 1955-ci il təvəllüdlü Atayev Elman Hilal oğlunun meyiti bağlı qapı arxasında aşkar olunaq təhvil verilib. Bundan başqa, dənizdə qeyri-çimərlik ərazilərdə batan 5 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


AzVision.az


Teqlər:





Xəbər lenti