Aİ-dən yeni sanksiyalar: Bu dəfə Ukrayna vətəndaşları da var

   Aİ-dən yeni sanksiyalar:    Bu dəfə Ukrayna vətəndaşları da var
  18 İyul 2022    Oxunub:326
Avropanın yeni sanksiyaları Rusiyadan olan hüquqi şəxslərə və siyasətçilərə, eləcə də Rusiyanın addımını Ukraynada dəstəkləyənlərə şamil ediləcək.
Bunu Lüksemburqun xarici işlər naziri Jan Asselborn deyib. “Hesab edirəm ki, biz bu sanksiyalarla bağlı hər şeyi hazırlamışıq. Bilirəm ki, sanksiyalar dünyanı dəyişməyəcək. Amma hesab edirəm ki, biz tutduğumuz kursu davam etdirməliyik. Yenə də söhbət ilk növbədə Rusiyadan olan insanlardan, siyasətçilərdən, həm də Ukraynadan olan əməkdaşlardan gedir. Söhbət bəzi hüquqi şəxslərdən də gedir”, - nazir bildirib. Asselborn qeyd edib ki, artıq tədbirlərlə bağlı ilkin işlər görülüb.

AzVision.az


Teqlər:







Xəbər lenti