Hindistan Çini Ladax sərhədində hərbi fəaliyyəti azaltmağa çağırdı

Hindistan Çini Ladax sərhədində hərbi fəaliyyəti azaltmağa çağırdı
  18 İyul 2022    Oxunub:394
Hindistan Ordu komandirləri səviyyəsində sərhəd məsələləri üzrə danışıqların 16-cı raundunda Çini Şərqi Ladaxın dağlıq bölgəsində hərbi fəallığın səviyyəsini azaltmağa çağırıb.
Bu barədə Hindistanın Müdafiə Nazirliyindəki mənbələrə istinadən “The Times of India” qəzeti yazıb.

“Danışıqlar zamanı Ladaxda 2020-ci ilin aprel ayına qədər mövcud olan status-kvonun bərpası məqsədi ilə Çanq Çenmo sektorunda və Depsanq yaylasındakı vəziyyət müzakirə edilib. Hindistan tərəfi qoşunların təmas xəttində fəallığın azaldılmasına, Çin Xalq Azadlıq Ordusunun Ladaxda hərbi infrastrukturunun qurulmasına son qoyulmasına və qoşunların bu ərazidən cəbhə xəttindən faktiki nəzarət xəttinə qədər çıxarılmasına çağırıb”, - mənbələr bildiriblər.

AzVision.az

Teqlər:







Xəbər lenti