"Əhalinin köçürülməsi növbəti aylarda da davam edəcək" - Vahid Hacıyev

   "Əhalinin köçürülməsi növbəti aylarda da davam edəcək" -    Vahid Hacıyev
  19 İyul 2022    Oxunub:1462
Növbəti aylarda da Ağalı kəndinə ailələrin köçürülməsi davam edəcək.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib. O bildirib ki, bu gün tarixi bir hadisəyə, Zəngilana sakinlərin ilk köçürülməsini şahid oluruq:

"Bu münasibətlə Azərbaycan xalqını təbrik edirəm. Bildiyiniz kimi, müharibədən dərhal sonra Prezident İlham Əliyevin tapşırığı ilə Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işlərinə start verilib. Zəngilanda da kifayət qədər böyük infrastruktur layihələri həyata keçirilir",- deyə Vahid hacıyev bildirib.

Prezidentin xüsusi nümayəndəsinin sözlərinə görə, yaxın vaxtlarda Zəngilan Hava Limanı da istifadəyə veriləcək.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti