“Qarabağ” azarkeşlərinə müraciət edib

   “Qarabağ” azarkeşlərinə müraciət edib
  19 İyul 2022    Oxunub:1072
“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində İsveçrə “Sürix”i ilə keçirəcəyi ilk oyunla əlaqədar azarkeşlərə müraciət edib.
Klub fanatlara qarşılaşmaya göstərdikləri marağa görə sonsuz təşəkkürünü bildirib. Bununla yanaşı, tərəfdarlardan oyuna gələrkən təhlükəsizlik tədbirlərinə əməl etmələri xahiş olunub:

“Nəzərə alın ki, içəri keçdikdən sonra arenanı tərk edən azarkeşlər matç bitənə qədər yenidən stadion ərazisinə qayıda bilməyəcəklər. Bundan başqa, biletinizdə göstərilən sektor, sıra və yerlərdə əyləşməyiniz rica olunur. Hər birinizə bu qaydalara riayət edəcəyiniz üçün indidən minnətdarıq! Gəlin ötən oyundakı rekordumuzu yeniləyək!”

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Sürix” görüşü saat 20:00-da başlanacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti