Paşinyan Sergey Narışkinlə İrəvanda görüşdü

   Paşinyan Sergey Narışkinlə İrəvanda görüşdü
  19 İyul 2022    Oxunub:469
Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin arasında görüş keçirilib.
Görüş barədə məlumat Paşinyanın rəsmi saytında yerləşdirilib. Tərəflər görüş zamanı beynəlxalq və regional təhlükəsizlik məsələlərini, eləcə də Cənubi Qafqazı müzakirə ediblər.

Bildirilir ki, Narışkinin Ermənistana səfəri iyulun 18-i baş tutub. Xatırladaq ki, iyulun 15-i ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns də İrəvana səfər edib və Paşinyanla görüşüb.

AzVision.az

Teqlər:







Xəbər lenti