Nazir: "Nəqliyyat əlaqələrinin açılması Aİ-nin gündəliyinə tam uyğun gəlir"

      Nazir:    "Nəqliyyat əlaqələrinin açılması Aİ-nin gündəliyinə tam uyğun gəlir"
  19 İyul 2022    Oxunub:1108
Zəngəzur dəhlizinin açılması Avropa İttifaqı-Azərbaycan nəqliyyat əlaqələri gündəliyinə tam uyğun gəlir.
AzVision.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell ilə birgə mətbuata açıqlamasında bildirib.

“Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış 3 üçtərəfli bəyanat, həmçinin Avropa İttifaqı Şurasının Prezidenti tərəfindən ev sahibliyi edilmiş Azərbaycan və Ermənistan liderləri arasındakı yüksək səviyyəli görüşlər Azərbaycan və Ermənistan arasında normallaşmanın əsas istiqamətlərini müəyyənləşdirir . İstiqamətlərdən biri Zəngəzur dəhlizi də daxil olmaqla, nəqliyyat əlaqələrinin açılmasıdır. Bu, bizim Aİ ilə olan nəqliyyat əlaqəsi gündəliyimizə tam uyğun gəlir”, - XİN rəhbəri qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti