Ukraynada ölən mülki şəxslərin sayı açıqlandı

   Ukraynada ölən mülki şəxslərin sayı açıqlandı
  20 İyul 2022    Oxunub:1055
Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində indiyədək 5 100-dən çox insan öldürülüb. Bunu BMT Baş katibinin mətbuat katibinin müavini Fərhan Haq deyib. Onun sözlərinə görə, ölənlərdən 346-sı uşaqdır. BMT rəsmisi deyib ki, Ukraynada münaqişə başlayandan 11 800-dən çox mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
O bildirib ki, BMT-nin Ukraynada insan haqları üzrə monitorinq missiyasının son hesabatında yayımlanan mülki itkilərin faktiki sayının daha çox olacağı ehtimal edilir.


AzVision.az



Teqlər: Ukrayna  





Xəbər lenti