Ceyhun Bayramovla Çavuşoğlu arasında telefon danışığı olub

   Ceyhun Bayramovla Çavuşoğlu arasında telefon danışığı olub
  20 İyul 2022    Oxunub:1657
20 iyul 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.
XİN-dən verilən xəbərə görə, nazirlər, Azərbaycan və Türkiyə arasında ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, habelə cari regional vəziyyəti müzakirə ediblər.

Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, eləcə də Azərbaycan və Türkiyənin iştirakı ilə üçtərəfli formatlara dair fikir mübadiləsi aparıblar. Telefon danışığı zamanı nazirlər, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

AzVision.az



Teqlər:





Xəbər lenti