Azərbaycanda koronavirusla əlaqəli sərt tədbirlər gözlənilmir

      Azərbaycanda koronavirusla əlaqəli sərt tədbirlər gözlənilmir
  20 İyul 2022    Oxunub:1660
Azərbaycanda koronavirusla əlaqəli sərt tədbirlərin tətbiqi gözlənilmir.

AzVision.az xəbər verir
ki, bunu “Report”un sualına cavab olaraq Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

O xatırladıb ki, Azərbaycanın koronavirusla mübarizədə iki illik təcrübəsi var: “İlk vaxtlarda xəstəliklə əlaqədar ən sərt tədbirlərin görülməsi pandemiya ilə bağlı məlumatların azlığından irəli gəlirdi. Ancaq bu gün görürük ki, “Omikron” ştamı yüksək yoluxduruculuq qabiliyyəti olsa da, ağır xəstələnmə hallarının sayı azdır. Karantin qaydalarının sərtləşdirilməsi ağır xəstələnmə hallarının çoxalması nəticəsində səhiyyə müəssisələrinin yüklənməsi ilə bağlı idi. Hazırda ağır xəstələrin sayı azdır. Hesab edirəm ki, pandemiya ilə əlaqəli sərt tədbirlərə getməyə ehtiyac yoxdur. Fikrimcə, hələlik buna ehtiyac duyulmur”.

Nazirlik rəsmisi əlavə edib ki, Azərbaycanda COVID-19-la əlaqəli epidemioloji vəziyyət qənaətbəxşdir: “Bu gün üçün yalnız müvafiq qurumlar müəyyən tövsiyələr verir. Buraya qapalı məkanlarda maskadan istifadə, sosial məsafənin gözlənilməsi və gigiyenik qaydalara riayət edilməsi aiddir. Odur ki, sərt tədbirlərin olacağını düşünmürəm”.

AzVision.az



Teqlər:





Xəbər lenti