ÜST-dən COVID xəbərdarlığı: Ölüm halları artacaq

   ÜST-dən COVID xəbərdarlığı:    Ölüm halları artacaq
  21 İyul 2022    Oxunub:1153
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-a yoluxma hallarının getdikcə artdığını qeyd edərək, yaxın həftələrdə dünya ölkələrində koronavirusdan ölüm hallarının daha da artacağı barədə xəbərdarlıq edib.
ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus yeni yoluxma hallarının sayının son 6 həftədə demək olar, iki dəfə artdığını vurğulayıb. "Artan yoluxmalar qarşıdakı həftələrdə xəstəxanalara daha çox yerləşdirmə və ölüm hallarını gözləyə biləcəyimiz anlamına gəlir", - o deyib.

Qebreyesus bildirib ki, son həftələrdə qeydə alınan yoluxma hallarının artımında COVID-19-un hansı ştamının təsirli olduğunun bilinmir. "Bu artımın səbəbi artıq bildiyimiz və ya tamamilə yeni bir variant ola bilər", - o əlavə edib.

COVID-19-un yeni ştamının əvvəlkilərdən daha təsirli olacağını vurğulayan Qebreyesus bildirib ki, bütün ölkələr buna hazır olmalıdır. “Epidemiya ilə mübarizə imkanlarını azaldan ölkələr böyük risklərlə üzləşirlər", - o, xəbərdarlıq edib.


Teqlər:





Xəbər lenti