"Qəbələ"nin futbolçusunun dili qatlandı - VİDEO

 "Qəbələ"nin futbolçusunun dili qatlandı -  VİDEO
  21 İyul 2022    Oxunub:1720
"Qəbələ"nin futbolçusu İlkin Qırtımovun Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Fehervar"la (Macarıstan) oyunda dili qatlanıb.
AzVision.az xəbər verir ki, hadisə görüşün 34-cü dəqiqəsində baş verib. 31 yaşlı müdafiəçiyə ilkin tibbi müdaxilə edildikdən sonra o, azarkeşlərin alqışları ilə xərəkdə meydandan çıxarılıb. Qırtımov daha sonra təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb.

Qeyd edək ki, hazırda oyunda hesab 1:1-dir.



AzVision.az


Teqlər:





Xəbər lenti