"Azərbaycanda hüquqşunas məzunların sayı olduqca azdır" - Anar Bağırov

   "Azərbaycanda hüquqşunas məzunların sayı olduqca azdır" -    Anar Bağırov
  22 İyul 2022    Oxunub:1305
Azərbaycanda hüquqşunas məzunların sayı olduqca azdır.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib. O qeyd edib ki, Naxçıvan istisna olmaqla, ölkə üzrə ümumilikdə 700 nəfər hüquqşunas məzun var:

"Bu gün ölkədə hüquqşunasların sayının az olması vəkillərin sayının az olması deməkdir. Cəmiyyətdə bu barədə yanlış fikirlər var ki, hüquq fakültəsini bitirənlərin sayı çoxdur. Amma Gürcüstan, Türkiyə və Avropa ölkələri ilə müqayisədə Azərbaycanda 8-10 dəfə az hüquqşunas məzun var. Bununla mübarizə aparılır. Vəkillər Kollegiyası bu istiqamətdə gənclərə dəstək verir".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti