“James Webb” kosmik teleskopu ilk qalaktikanı tapdı

   “James Webb” kosmik teleskopu    ilk qalaktikanı tapdı
  22 İyul 2022    Oxunub:999
“James Webb” kosmik teleskopu ilk qalaktikanı kəşf edib. Bu barədə Harvard Astrofizika Mərkəzinin alimləri tərəfindən aparılan araşdırmada məlumat verilib. Alimlər teleskopdan alınan məlumatları təhlil edərək, Süd yolundan 33 milyard işıq ili məsafəsində yerləşən “GLASS-z13” qalaktikasından işıq aşkar ediblər.
Teleskop onu tuta bilənə qədər işıq təxminən 13,4 milyard il səyahət edib. Bu qalaktika Böyük Partlayışdan təxminən 300 milyon il sonra və digər qalaktikalardan 100 milyon il əvvəl meydana gəlib.

“GLASS-z13” orbital rəsədxananın əsas infraqırmızı termal görüntü cihazından alınan məlumatlar əsasında kəşf edilib. İnfraqırmızı şüalardan insanın görünən spektrinə çevrildikdə, qalaktika ağ mərkəzi olan qırmızı ləkə kimi görünür.

AzVision.az



Teqlər:





Xəbər lenti