KİV: Qazsız Almaniya iqtisadiyyatını “infarkt” gözləyir

      KİV:    Qazsız Almaniya iqtisadiyyatını “infarkt” gözləyir
  22 İyul 2022    Oxunub:830
Rusiyadan qaza tam embarqo qoyulacağı təqdirdə, Almaniya iqtisadiyyatını “infarkt” gözləyə bilər.
Bu barədə ZDF telekanalının efirində ölkənin kimya sənayesi assosiasiyasının rəhbəri Kristian Kulman məlumat verib. Onun sözlərinə görə, tam qaz embarqosu halında, Almaniya iqtisadiyyatında, xüsusən enerji tutumlu kimya sektorunda “infarkt”dan qorxmaq lazımdır, bunsuz bütün istehsal iflic olacaq.

O əlavə edib ki, kimya və əczaçılıq sənayesi ilə bağlı vəziyyət çətin olaraq qalır, çünki ölkədə istifadə olunan bütün qazın 15%-ni bu sənayelər təşkil edir. Bundan əlavə, keramika sənayesi, içki və qida istehsalçılarının gələcəyi də qaranlıq olaraq qalır.


AzVision.az



Teqlər:





Xəbər lenti