Ərdoğan: "Taxıl dəhlizi yaxın günlərdə açılacaq"

    Ərdoğan:  "Taxıl dəhlizi yaxın günlərdə açılacaq"
  22 İyul 2022    Oxunub:1127
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna taxılını icracı üçün dəhlizin yaxın günlərdə açılacağını bildirib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki Ərdoğan bu gün razılaşdırılan mətnlə bütün dünyada milyardlarla insanı gözləyən aclıq təhlükəsinin qarşısının alınması üçün birlikdə töhfə verildiyini vurğulayıb.

"Qara dəniz üzərindəki Ukrayna anbarlarında gözləyən taxılın ixracı üçün Ukrayna və Rusiya hakimiyyət orqanları və BMT rəsmiləri ilə gərgin və çətin proses həyata keçirdik. Biz bu prosesdə rusiyalı və ukraynalı həmkarlarımızla daim əlaqə saxlamışıq. Bu həssas proseslə bağlı hər iki ölkənin gözləntilərini qarşılamaq üçün geniş məsləhətləşmələr apardıq.

Xarici işlər və milli müdafiə nazirlərim çox səy göstərdilər. Planın ilk layihəsinə BMT-nin baş katibi Quterreş və onun komandasının töhfəsi təqdirəlayiqdir. Mən cənab Putinə və cənab Zelenskiyə liderliklərinə görə təşəkkür edirəm.

Önümüzdəki günlərdə başlayacaq gəmi trafiki ilə Qara dənizdən dünyanın bir çox ölkəsinə yeni nəfəs borusu açacağıq", deyə Ərdoğan vurğulayıb

AzVision.az



Teqlər:





Xəbər lenti