Aİ Ukraynaya əlavə 500 milyon avro hərbi yardım ayıracaq

   Aİ Ukraynaya əlavə 500 milyon avro hərbi yardım ayıracaq
  22 İyul 2022    Oxunub:1452
Avropa İttifaqı Silahlı Qüvvələrin dayanıqlığını artırmaq üçün Ukraynaya 500 milyon avro həcmində daha bir tranşın ayrılmasını rəsmən təsdiqləyib. Beləliklə, bu ilin fevralın 24-dən Ukraynaya göstərilən hərbi yardımın ümumi həcmini 2,5 milyard avroya çatdırıb.
AzVision.az xəbər verir ki, bu barədə Avropa Şurasının saytında məlumat verilib.

“Aİ Ukraynanı azadlıq və müstəqillik uğrunda mübarizəsində güclü şəkildə dəstəkləyir. Ukrayna daha çox silah tələb edir - biz onları təmin edəcəyik. Bu kontekstdə Aİ-yə üzv dövlətlər 500 milyon avro məbləğində hərbi yardımın 5-ci tranşını səfərbər etmək barədə razılığa gəliblər ki, bu da Ukrayna Silahlı Qüvvələri üçün hərbi texnikanın (satın alınması) məbləğini 2,5 milyard avroya çatdırıb”, - Aİ-nin ali nümayəndəsi Xosep Borrell bildirib.

AzVision.az



Teqlər:





Xəbər lenti