Hindistanlı sərvətinə görə Bill Qeytsi qabaqladı

 Hindistanlı sərvətinə görə Bill Qeytsi qabaqladı
  22 İyul 2022    Oxunub:496
Hindistanlı milyarder Qautam Adani Bill Qeytsi qabaqlayaraq dünyanın dördüncü ən varlı adamı olub.
Onun sərvəti 113 milyard dollara qədər artaraq “Microsoft”un həmtəsisçisini (112 milyard dollara malikdir) ötüb. Bu il hindli maqnat kapital artımında hamını üstələyib. O, 36 milyard dollar varlanıb. Qeytsin sərvəti isə xeyli azalıb. Belə ki, o, xeyriyyə təşkilatlarına külli miqdarda ianə verib və texnologiya şirkətlərindəki səhmlərini satıb.

AzVision.az

Teqlər:







Xəbər lenti