İranda daşqınlar nəticəsində ölənlərin sayı 21-ə çatıb - YENİLƏNİB

   İranda daşqınlar nəticəsində ölənlərin sayı 21-ə çatıb -  YENİLƏNİB
  23 İyul 2022    Oxunub:1922
İranın Fars əyalətində baş vermiş sel və daşqınlarda ölənlərin sayı 21 nəfərə çatıb.
AzVision.az xəbər verir ki, Fars əyalətinin İstehban şəhərində baş vermiş sel və daşqın nəticəsində 21 nəfər ölüb, 2 nəfər itkin düşüb.

Eyni zamanda, 89 nəfər xəsarət alıb, 79 nəfər xilas olunub, 15 avtomobil sudan çıxarılıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Sel və daşqın kənd təsərrüfatına və bəzi evlərə ziyan vurub.

***
İranın Fars əyalətində daşqınlar nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.

AzVision.az xəbər verir ki, bu barədə "IRNA" agentliyi məlumat yayıb.

Məlumata əsasən, eyni zamanda 13 nəfər itkin düşmüş hesab olunur.

İlkin olaraq 6 nəfərin həlak olması, bir neçə nəfərin yaralanması haqqında məlumat verilib.

Hazırda xəsarət alanların sayı 55 nəfərdir. Ölən və yaralananların sayının daha çox ola biləcəyi ehtimal edilir.

AzVision.az


Teqlər:





Xəbər lenti