Kuba parlamenti eynicinslilərin nikahına icazə verdi

   Kuba parlamenti    eynicinslilərin nikahına icazə verdi
  23 İyul 2022    Oxunub:374
Kuba Respublikası Xalq Hakimiyyəti Milli Assambleyasının deputatları eynicinsli nikahlara, uşaqların homoseksual cütlüklər tərəfindən övladlığa götürülməsinə və surroqat anaya icazə verən Ailə Məcəlləsi layihəsini təsdiqləyiblər.
Qanun layihəsinin əhali ilə müzakirəsi 2022-ci ilin fevral-aprel aylarında aparılıb. 8,5 milyona yaxın vətəndaşla sorğu keçirilib, onların rəyi əsasında qanun layihəsi hazırlanıb. Sənədin 25-ci variantında eyni cinsli cütlüklərin ailə qura və uşaq övladlığa götürə biləcəkləri, həmçinin surroqat analığa icazə veriləcəyi nəzərdə tutulur.

Yeni qanun layihəsi referenduma çıxarılacaq. Sentyabrın 25-də əhalinin 50%-dən çoxu onun qəbuluna səs verərsə, o zaman Ailə Məcəlləsinə dəyişikliklər təsdiqlənəcək.


AzVision.az

Teqlər:







Xəbər lenti