Baş nazirliyə namizəd fövqəladə vəziyyət elan etdi

  Baş nazirliyə namizəd fövqəladə vəziyyət elan etdi
  23 İyul 2022    Oxunub:916
Böyük Britaniya beş istiqamətdə fövqəladə vəziyyətlə üzləşib.
Bunu Böyük Britaniyanın baş nazirliyə namizədi və keçmiş maliyyə naziri Rişi Sunak “The Times” qəzetinə müsahibəsində deyib. O, Britaniya ailələrinin artan inflyasiya səbəbindən böyük xərclərlə üzləşdiyini, Milli Səhiyyə Xidmətinin təzyiq altında olduğunu və çökə biləcəyini və ictimai şüurda hökumətin qeyri-qanuni miqrantlar səbəbindən sərhədlərə nəzarəti itirdiyi mövqeyinin olduğunu söylədi.

“Düşünürəm ki, sistem sadəcə lazım olduğu kimi işləmir. Haqqında danışdığım çağırışlar mücərrəd deyil. Bunlar bizim üzümüzə baxan problemlərdir və adi işgüzar zehniyyət onların öhdəsindən gəlməyə kömək etməyəcək”, - deyə Sunak bildirib. O qeyd edib ki, fəaliyyətinin ilk günündən fövqəladə vəziyyət rejimi tətbiq etmək niyyətindədir.

AzVision.az



Teqlər:





Xəbər lenti