Almaniya Ukrayna ilə silah mübadiləsində çətinliklər olduğunu açıqladı

   Almaniya Ukrayna ilə silah mübadiləsində çətinliklər olduğunu açıqladı
  23 İyul 2022    Oxunub:878
Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib ki, Ukrayna üçün dairəvi silah mübadiləsi deyilən işlər planlaşdırıldığı kimi getmir.
Bu barədə “Bild” qəzeti məlumat yayıb. Onun sözlərinə görə, Almaniya daim Ukraynaya yardım edir, lakin AFR-in də NATO daxilində öhdəlikləri var.

Dairəvi mübadilə o deməkdir ki, Şərqi Avropa ölkələri Kiyevi Sovet istehsalı olan silahlarla təmin edir və əvəzində Almaniyadan müasir silah avadanlıqları alır.


AzVision.az



Teqlər:





Xəbər lenti