XİN-də 69 nəfər işə qəbul olunub

   XİN-də 69 nəfər işə qəbul olunub
  25 İyul 2022    Oxunub:423
Xarici İşlər Nazirliyinin kadr təminatı prosesinin təkmilləşdirilməsi məqsədilə diplomatik xidmətə qəbulun müsabiqə formatında həyata keçirilməsinə qərar verilib.
Dövlət İmtahan Mərkəzi ilə aparılan hərtərəfli müzakirələrin nəticəsində, mərkəzləşdirilmiş qaydada, iki əsas mərəhələdən (yazılı imtahan və müsahibə) ibarət müsabiqə prosesi təşkil edilib. Müsabiqənin Dövlət İmtahan Mərkəzi tərəfindən 23 yanvar 2022-ci il tarixində təşkil edilən yazılı imtahan mərhələsində 460 nəfər iştirak edib.

Namizədələr qarşısında qoyulmuş tələblərə uyğun olaraq ən yüksək nəticə göstərən ilk 100 nəfər, habelə yazılı imtahan mərhələsi üzrə iştirakçıların apelyasiya müraciətlərinin nəticələri də nəzərə alınaraq, ümumilikdə 113 nəfər iştirakçı müsahibənin növbəti mərhələsinə dəvət olunub.

Diplomatik xidmətə qəbul müsabiqəsinin ikinci-müsahibə mərhələsi 10 may – 02 iyun 2022-ci il tarixlərində təşkil edilib və müsahibədə 106 namizəd iştirak edib. Müsahibə mərhələsinin yekunlarına əsasən 67 namizədin nəticələri, o cümlədən apelyasiyaya müraciət edən iştirakçılardan 2 namizədin müsahibə nəticələri müəyyən edilmiş şərtlər çərçivəsində qənaətbəxş hesab olunub.

Diplomatik xidmətə qəbul müsahibəsindən müvəffəqiyyətlə keçən namizədləri təbrik edir və onlara Azərbaycan Respublikasının diplomatik xidməti sahəsində gələcək fəaliyyətlətində uğurlar arzulayırıq.

AzVision.az

Teqlər: XİN  







Xəbər lenti