Lerik və Masallının yeni icra başçıları kollektivə təqdim olunub

   Lerik və Masallının yeni icra başçıları kollektivə təqdim olunub
  25 İyul 2022    Oxunub:448
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Lerik Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Əkbər Bəxtiyar oğlu Abbasov bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.
AzVision.az xəbər verir ki, təqdimatda Zeynal Nağdəliyev çıxış edib və dövlətimizin başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

Ə.Abbasov ona göstərilən etimada görə minnətdarlıq edib.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Masallı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Araz Süleyman oğlu Əhmədov da bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.

Təqdimatda Zeynal Nağdəliyev çıxış edərək Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrini çatdırıb.

A.Əhmədov ona göstərilən etimada görə minnətdarlığını bildirib.

AzVision.az

Teqlər:







Xəbər lenti