Ukrayna 7,7 milyon dollarlıq PUA alır

   Ukrayna 7,7 milyon dollarlıq PUA alır
  25 İyul 2022    Oxunub:414
Kiyev pilotsuz təyyarələrin, o cümlədən kəşfiyyat uçan aparatlarının, multikopterlərin və Ukrayna qoşunları üçün kamikadze zərbələri üçün pilotsuz təyyarələrin alınması üçün müqavilələr imzalayıb.
AzVision.az xəbər verir ki, bunu Ukraynanın rəqəmsal transformasiya naziri Mixail Fedorov özünün Teleqram kanalında bildirib.

Onun sözlərinə görə, bütün müqavilələrin məbləği 260,5 milyon qrivna, yəni 7,1 milyon dollar təşkil edib: “Bunlar süni intellekt texnologiyası ilə təchiz edilmiş 78 “Matrice” multikopteridir. Həm də bunlar Monobank təşəbbüsü sayəsində əldə edilən 20 “Warmate” kamikadze zərbə dronları üçün iki yer sistemidir. Dünyanın ən yaxşı kəşfiyyat aparatı “20 Fly Eye” də alınacaq”.


AzVision.az

Teqlər:







Xəbər lenti