Bloomberg: Almaniya iqtisadi tənəzzülün astanasındadır

      Bloomberg:    Almaniya iqtisadi tənəzzülün astanasındadır
  25 İyul 2022    Oxunub:1410
Alman iş adamlarının əhval-ruhiyyəsi iyul ayında COVID-19 pandemiyasının başlanmasından bəri ən pis səviyyəyə düşüb, inflyasiya və məhdud enerji təchizatı Almaniya iqtisadiyyatında tənəzzülə səbəb ola bilər.
AzVision.az xəbər verir ki, bu barədə Bloomberg Münhen İqtisadi Tədqiqatlar İnstitutuna istinadən yazır. İnstitut prezidenti Klemens Fuest bildirib ki, Almaniya iqtisadi tənəzzülün astanasındadır: “Yüksək enerji qiymətləri iqtisadi inkişafa mane olur. Sahibkarların fikrincə, yaxın aylarda biznes fəallığı xeyli pisləşəcək”.

Alman tədqiqatçıları dinamikası ölkə iqtisadiyyatına heç də az təsir göstərməyən enerji resurslarının qiymətinə də diqqət yetirirlər.

“Gələcək aylarda enerji qiymətləri Almaniya iqtisadiyyatı üçün daha mühüm rol oynayacaq. Faiz dərəcələrinin artırılması artıq müəyyən qədər nəzərə alınıb”, - deyə Fuest əlavə edib.


AzVision.az



Teqlər:





Xəbər lenti