AzVision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Odessa limanına endirilən raket atəşlərinə münasibət bildirərkən deyib: "Baş verə biləcək uğursuzluq hamının əleyhinə olacaq. Ukraynada ədalətli və daimi sülhə də nail olunacağına ümid edirəm. Biz əldə edilmiş razılaşmanın ruhuna zidd hərəkətlərin qarşısını almaq istəyirik".
İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı suala cavabında Ərdoğan deyib ki, terror təşkilatlarının Türkiyəyə qarşı fəaliyyətlərini genişləndirmələrinə mane olmadıqca, müsbət yanaşma mümkün deyil.
AzVision.az