60 mediator cəzalandırılıb

60 mediator cəzalandırılıb
  26 İyul 2022    Oxunub:397
60 mediator barəsində intizam icraatı aparılıb.
AzVision.az xəbər verir ki, bunu Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov “Mediasiya prosesləri zamanı əmək mübahisələrinin uğurlu həllidə dövlət orqanlarının və işəgötürənlərin rolu” mövzusunda maarifləndirici ictimai müzakirədə deyib.

N.Adilov bildirib ki, Mediasiya Şurası fəaliyyətə başlayandan indiyə kimi İntizam Komissiyası 60 mediator barəsində intizam icraatı aparıb:

"60 mediatorun 8-i barəsində 6 ay müddətində mediator fəaliyyətini həyata keçirmək hüququnun dayandırılması dair intizam məsuliyyəti, 1 mediator barəsində 3 ay müddətində mediator fəaliyyətini həyata keçirmək hüququnun dayandırılmasına dair intizam məsuliyyəti, 14 mediator barəsində Töhmət intizam məsuliyyəti tətbiq edilib".

O əlavə edib ki, 30 mediatorun hərəkətlərində “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinin pozulması faktı aşkar edilmədiyindən barələrində aparılan intizam icraatına xitam verilib. 1 mediator barəsində araşdırma davam edir.

AzVision.az

Teqlər:







Xəbər lenti