“ABAD” Bolqarıstanda festivalda təmsil olunub

“ABAD” Bolqarıstanda festivalda təmsil olunub
  26 İyul 2022    Oxunub:1057
“ABAD” publik hüquqi şəxs 20-24 iyul tarixlərində Bolqarıstanın Plovdiv şəhərində "Əl işləri və müasir incəsənət” adlı festival həftəsində iştirak edib. Festival Alman-Azərbaycan Xarici Ticarət Palatası və Plovdiv Ticarət və Sənaye Palatasının birgə tərəfdaşlığı çərçivəsində “EU4Business: Connecting Companies” təşəbbüsünün bir hissəsi olaraq keçirilib.
Ailə bizneslərinə və sənətkarlara öz məhsullarını nümayiş etdirməklə daha geniş platformalara çıxış imkanı qazandırmaq məqsədi daşıyan festivalda qurumu Dekorativ-tətbiqi xalq sənətkarlığı departamentinin müdiri Ləman Əhmədova təmsil edib. “ABAD”çı məhsulları xüsusi ayrılmış stenddə yerli əhaliyə və qonaqlara təqdim olunub, həmçinin “ABAD” və onun fəaliyyət istiqamətləri sərgidə iştirak edən xarici qurumların nümayəndələrinə tanıdılaraq mümkün əməkdaşlıq perspektivləri müzakirə olunub.

Festival müddətində “ABAD”çı məhsulları yerli əhali və sərgidə iştirak edən şirkət nümayəndələri tərəfindən maraqla qarşılanıb.

Sərginin davamı olaraq 6 avqust 2022-ci il tarixində 1-ci Azərbaycan "CultRural" festivalının keçirilməsi və sərgi heyətinin ölkəmizə səfəri gözlənilir.





AzVision.az


Teqlər:





Xəbər lenti