Atəş açılan hər bir düşmən mövqeyində Bayrağımız dalğalanmalıdır – Ədalət Verdiyevin yazısı

   Atəş açılan hər bir düşmən mövqeyində Bayrağımız dalğalanmalıdır –    Ədalət Verdiyevin yazısı
  26 İyul 2022    Oxunub:2400
Ermənistan tərəfinin və separatçı qurumun bir gündə atəşkəsi 9 dəfə pozması birgə Bəyanatla üzərinə götürdüyü öhdəliklərə əməl etmək niyyətində olmadığını göstərir. Bu isə Azərbaycan Ordusunun təsirli və adekvat addımlar ata biləcəyi ehtimalını maksimuma çatdırır.
Düşməni və onu dəstəkləyən “sülhməramlıları” Fərruxda və digər ərazilərdə həyata keçirdiyimiz fəaliyyətlərin miqyasını bir az da genişləndirib təkrarlamaqla, anladıqları dildə başa salmaqdan başqa çıxış yolu yoxdur. Azərbaycan Ordusunun istənilən cavabının Ermənistan və Qarabağda yerləşən separatçı rejim üçün çox ağır nəticələr vəd etdiyi şübhəsizdir. Rusiyanın Qarabağdakı kontingentinin rəhbəri general Volkovun yarıtmaz fəaliyyəti Kremlin sülhməramlı niyyətini tamamilə şübhə altına alır.
Volkov və erməni dovşanları – Ədalət Verdiyevin yazısı

Azərbaycana qarşı ərazi iddiası və Ordumuzun şəxsi heyətinin təhlükəsizliyinə təhdid kimi dəyərləndirilən atəşkəs pozuntularının qarşısını almaq üçün atəş açılan hər bir düşmən mövqeyi darmadağın edilməli, həmin mövqelərdə Əsgərimiz və Bayrağımız əbədi olaraq yerləşməlidir.

Biz isə bu müqəddəs vəzifəni icra edən qəhrəman Ordumuzun və Ali Baş Komandanımızın yanında olmalıyıq. Allah qəhrəman Ordumuzu və müzəffər Ali Baş Komandanımızı qorusun!

Ədalət Verdiyev, hərbi ekspert
Xüsusi olaraq AzVision.az üçün



Teqlər:   Qarabağ   Atəşkəs  





Xəbər lenti