Bu barədə “Katemerini” qəzeti məlumat yayıb. “Baş nazirin (Kyriakos Mitsotakis – Azvision.az) təklifinin mərkəzi ideyası kompensasiya müqabilində sənayedə qaz istehlakını azaltmaq üçün ümumavropa mexanizminin yaradılmasıdır. Məqsəd Avropaya Rusiyadan qaz nəqlinin dayandırılması halında yaranacaq itkilərin öhdəsindən gəlmək imkanı verməkdir”, - qəzet yazır.
Avropa Komissiyası Avropa İttifaqı ölkələrini 2023-cü il martın 31-dək qaz istehlakının könüllü olaraq 15% azaldılması planını sentyabrın sonuna qədər təqdim etməyi öhdəsinə götürüb. Bir sıra Avropa ölkələri, o cümlədən İspaniya, Portuqaliya, İtaliya, Polşa və Macarıstan bu təşəbbüsü dəstəkləməyib.
İlkin Nəcəfzadə
AzVision.az
Teqlər:
yunanıstan