Yanukoviçin keçmiş iqamətgahı park olacaq

Yanukoviçin keçmiş iqamətgahı park olacaq
  26 İyul 2022    Oxunub:1041
Ukraynanın eks-prezidenti Viktor Yanukoviçin iqamətgahı olmuş “Mejiqorye”nin status dəyişdirilərək park olacaq.
Bu barədə TSN telekanalının efirində Ukrayna Nazirlər Kabinetinin naziri Oleq Nemçinov məlumat verib. Onun sözlərinə görə, artıq Ukrayna parlamenti bunula bağlı müvafiq layihə hazırlayıb, ona əsasən, dövlət başçısının keçmiş iqamətgahı park statusu alacaq.

Hazırda Ukrayna prezidenti Volodimir Zelenskinin ofisində parkın layihəsi yekunlaşmaq üzrədir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti