Yaponiyada makakalar 42 nəfəri yaraladı

Yaponiyada makakalar 42 nəfəri yaraladı
  26 İyul 2022    Oxunub:526
Yaponiyada Yamaquçi şəhərinin sakinləri daim vəhşi meymunların hücumuna məruz qalırlar.
Bu barədə BBC məlumat yayıb. Qeyd olunur ki, son bir neçə həftə ərzində makakaların aqressiv davranışı nəticəsində 42 nəfər zərər çəkib.

“Əvvəlcə yalnız uşaqlar və qadınlar hücuma məruz qalırdısa, son zamanlar yaşlı insanlar və yetkin kişilər də meymunların hücumların qurbanına çevrilirlər”, - deyə yerli polis bildirib.
Hüquq-mühafizə orqanları meymunları tələlərlə tutmağa çalışsalar da, bu üsul nəticəsiz qalıb. İndi polis heyvanları sakitləşdirici oxlarla tutur.

İlkin Nəcəfzadə
AzVision.az

Teqlər:







Xəbər lenti